Futzal millimizdən tarixi nəticə

Avropa çempionatının əsas mərhələsində çərçivəsində 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.

Presssport.az xəbər verir ki, İlqar Aslanovun komandası Xorvatiyadan olan həmyaşıdları ilə qarşılaşıb.

Qrupun favoritlərindən sayılan xorvatlar 3-cü dəqiqədə hesabı açsa da, futzalçılarımız fasiləyə üstün yollanmağı bacarıb. 7-ci dəqiqədə Fariz Hüseynov tablodakı rəqəmləri eyniləşdirib. 10 dəqiqə sonra Ədalət Ələkbərov millimizi hesabda önə keçirib.

İkinci hissədə də komandamızın fərqi artırmaq üçün imkanları olub. Ancaq 27-ci dəqiqədə yığmamız meydanda azlıqda qalıb. Abdulov rəqib hücumun qarşısını alan zaman cərimə meydanından kənarda topu əli ilə qaytarıb ki, belədə referi qırmızı vərəqədən istifadə etməli olub. 2 dəqiqə azlıqda mübarizə aparan futzalçılarımız rəqibə fərqlənmək imkanı verməyib. 35-ci dəqiqədə hesab yenidən bərabərləşdirib. Son dəqiqə azı 2 epizodda futzalçılarımız topu rəqibdən “oğurlasa” da, boş qapıya düşə bilməyib. Meydan sahibləri isə sona 12 saniyə qalmış 3-cü topu vurub. Amma sona qədər mübarizəni davam etdirən futzalçılarımız son saniyə qolu ilə tarixi nəticə qazanıb - 3:3. Belə ki, bu heç-heçə U-19-un əsas mərhələdə qazandığı ilk xal olub. 

Millimiz qrupda son oyununu martın 29-da Türkiyə yığmasına qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Xorvatiya - Azərbaycan - 3:3

Qollar: Leon Ferençek, 2:48, 34:24, İvan Posaveç, 39:48 // Fariz Hüseynov, 6:56, Ədalət Ələkbərov, 16:11, 39:59

Qırmızı vərəqə: Hüseyn Abdulov, 26:02 (Azərbaycan)

Hakimlər: Liviu Dumitru Çita (Rumıniya), Filipa Prata (Portuqaliya), Rastislav Behancin (Slovakiya)

Omiş. Ribnjak İdman Sarayı

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC