“Araz-Naxçıvan” Azərbaycan Kubokunda yubiley qolunu vurub

“Araz-Naxçıvan” Azərbaycan Kubokunda 30-cu qolunu vurub.

Presssport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley yarımfinal mərhələsinin “Qarabağ”la ilk oyununa (1:0) təsadüf edib.

Matçdakı yeganə qolun müəllifi olan Felipe Santos Naxçıvan təmsilçisinin 30-cu topuna imza atıb. Bu, klub tarixinin 19-cu kubok görüşünə təsadüf edib.

Braziliyalı forvard həm də “Araz-Naxçıvan”ın 10-cu ev qolunun müəllifi olub. Bu, komandanın öz meydanındakı 9-cu qarşılaşmada qeydə alınıb.

Xatırladaq ki, “Araz-Naxçıvan” Azərbaycan Kubokunda 2000/01 mövsümündə debüt edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC