Mourinyo Burukun burnunu sıxdı, ara qarışdı: "Baş verənləri şişirtməyəcəm"

Türkiyə Kubokunun 1/4 finalında keçirilən “Fənərbaxça” - “Qalatasaray” matçındən sonra qalmaqal baş verib.

Presssport.az xəbər verir ki, matç başa çatandan sonra komandaların baş məşqçiləri arasında xoşagəlməz anlar yaşanıb.

Belə ki, “Fənərbaxça”nın portuqaliyalı çalışdırıcısı Joze Mourinyo rəqib baş məşqçi Okan Burukun burnundan tutub. Türkiyəli mütəxəssis isə bundan sonra yerə yıxılıb. Baş verənlərdən sonra stadionda ara qarışıb.

Oyundan sonra keçirilən mətbuat konfransında Buruk hadisə ilə bağlı danışaraq Mourinyoyla aralarıda heç nə baş vermədiyini diqqətə çatdırıb: "Hakimləri təbrik etdim, o da təbrik etdi. Mən gedərkən onun arxadan bir müdaxiləsi oldu. Burnumda bir cızıq yaranıb. Çox da şişirtmək istəmirəm, amma bu, xoş bir hərəkət deyildi. Oyun öncəsi və sonrası bir-birimizin əlini sıxmalı idik. Amma dediyim kimi, bu, o qədər də vacib deyil. Baş verənləri şişirtməyəcəm”.

Xatırladaq ki, "Qalatasaray" səfərdə 2:1 hesabı ilə qalib gələrək, yarımfinala vəsiqə qazanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC