Ukrayna yığmasının sabiq məşqçisi Azərbaycanın da yer aldığı qrupdakı şanslar haqda: "Minimum vəzifə DÇ-yə vəsiqə qazanmaqdı, Millətlər Liqası deyil"

Kiyev “Dinamo”sunun sabiq baş məşqçisi Aleksandr Xatskeviç Ukrayna millisinin UEFA Millətlər Liqasındakı uğursuzluğunu şərh edərkən, onun DÇ-2026-nın seçmə mərhələsindəki əsas məqsədindən də danışıb. 

Presssport.az xəbər verir ki, 52 yaşlı belaruslu mütəxəssis millimizin də rəqibi olan Ukrayna yığmasının şanslarını şərh edib: "Ola bilsin ki, baş məşqçi Sergey Rebrovun Millətlər Liqasını yoldaşlıq turniri hesab etməsi mənfi cəhətləri daha da artırıb. Bu gün Ukrayna millisinin əsas məqsədi dünya çempionatına vəsiqə qazanmaqdı. Bunu təkcə Rebrov deyil, Şevçenko da bəyan edib. Mən də komandanın oyunundan narazı olanlardanam. Çünki onun işindən narazıyam. Qarşısındakı minimum vəzifə mundiala vəsiqə qazanmaqdı, Millətlər Liqası deyil".

Bu yerdə bildirək ki, Rebrovla Kiyev “Dinamo”sunda bir yerdə oynamış Xatskeviç Ukrayna yığmasının məşqçisi də olub.

Xatırladaq ki, Azərbaycan və Ukrayna milli komandaları arasında görüşlər sentyabrın 9-da və oktyabrın 13-də baş tutacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC