Azərbaycan Kuboku tarixində 2-ci dəfə yarımfinal mərhələsinin ilk oyunlarında turnirin iki ən titullu klubu məğlub olub.
Presssport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, sonuncu belə hal 2003/04 mövsümündə qeydə alınıb.
Həmin vaxt "Neftçi" səfərdə "Bakılı"ya 0:1, "Qarabağ" isə evdə "Şəmkir"ə 1:2 hesabı ilə uduzub.
Ötən gün isə Ağdam təmsilçisi səfərdə "Araz-Naxçıvan"a (0:1), "ağ-qaralar" evdə "Sabah"a (1:2) yenilib.
Xatırladaq ki, “Neftçi” 21-ci, “Qarabağ” 20-ci dəfə yarımfinaldadı.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC