Gimnaziadada iştirak edəcək boksçularımız müəyyənləşib

Azərbaycanı Serbiyada təşkil olunacaq ISF U-15 Gimnaziada İdman Oyunlarının Multi-idman yarışlarında təmsil edəcək boksçular müəyyənləşib.

Presssport.az xəbər verir ki, bu barədə Boks Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Kadetlərin böyük məşqçisi Vüqar Məmmədov və məşqçi Samir Məmmədov Zlatiborda keçiriləcək oyunlarda Babək Abdullayev (40 kq), Kazım Baxışov (42 kq), Azad Məmmədli (44 kq), Məmməd Həsənli (46 kq), Amin Həsənov (48 kq), İsmayıl Aslanlı (50 kq), Yusif Əli (52 kq), Nəriman Əli (54 kq), Sabir Rüstəmov (57 kq), Sərxan Haqverdiyev (63 kq), Nurlan Müseyibli (66 kq), Zirəddin Rüstəmli (70 kq), Mehran Rəsulov (75 kq) və Yusif Ağakişiyevə (80 kq) şans verəcək.

Qızlardan ibarət millinin baş məşqçisi İlkin Ağayevin rəhbərliyi altında isə Nəzrin Abdullazadə (38 kq), Tunca Mürşüdova (40 kq), Aişə Muradova (44 kq), Ayşən Miriyeva (46 kq), Nuray Qafarova (48 kq), Leyla Mahmudlu (51 kq), Kəmalə Həsənova (54 kq) və Xumar Cəfərli (70 kq) rinqə çıxacaq.

Yarış aprelin 4-dən 14-dək keçiriləcək. Boksçuların mübarizəsinə aprelin 7-də start veriləcək və 6 gün sonra yekun vurulacaq. Komandamız Serbiyaya aprelin 4-də yollanacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC