"Kəpəz"in üzvləri amputant komandası ilə görüşüb

"Kəpəz"in üzvləri klubun tərkibində fəaliyyət göstərən amputant komandası ilə görüşüblər.

Presssport.az Gəncə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, kitab evində keçirilən görüş klubun sosial məsuliyyət təşəbbüslərinin bir hissəsi kimi əlilliyi olan şəxslərlə daha sıx əməkdaşlıq qurmaq məqsədi daşıyıb.

Komandanın rəhbəri Xəyal Qurbanov və baş məşqçisi İlham Səmədov kollektivin yaradılmasının hansı zərurətdən irəli gəldiyindən danışaraq əlilliyi olan şəxslərin idmana inteqrasiyası baxımından müxtəlif sosial proqramların həyata keçirildiyini bildiriblər. Heyəti əsasən Qarabağ qazilərindən ibarət olan komandanın 2019-cu ilin aprelində fəaliyyətə başladığı və son iki ildə “Kəpəz”in tərkibində yer aldığı qeyd olunub. Kollektivin sıralarında milli üzvlərinin olduğu diqqətə çatdırlıb.

Komandanın baş məşqçisi Azər Bağırov, eləcə də futbolçulardan Ehtiram Şahverdiyev futbolun əlilliyi olan şəxslər üçün motivasiya vasitəsi kimi rolundan bəhs edib. Gələcəkdə daha fəal tədbirlərin, o cümlədən amputant komandası ilə birgə oyunların və məşqlərin təşkil edilməsi təklifi irəli sürülüb.

Görüşdə amputant komandasının üzvləri futbolla bağlı qarşılaşdıqları problemləri qabardıb, həmçinin gözləntilərini bölüşüblər. Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Mahir Hüseynov müzakirələrə qoşularaq onların suallarına cavab verib və mümkün dəstək yollarını izah edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC