Litvanın qadınlardan ibarət milli komandasının baş məşqçisi Tomas Rajanauskas UEFA Millətlər Liqasının C4 qrupunda Azərbaycan yığması ilə Vilnüsdə (4 aprel) keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.
Presssport.az xəbər verir ki, federasiyanın rəsmi saytına danışan 49 yaşlı litvalı mütəxəssis millimizlə görüşdən gözləntilərini açıqlayıb: "Həmişə olduğu kimi, əhval-ruhiyyə yaxşıdı. Bütün futbolçuları gözləyirik. Ümid edirik ki, onların hamısı sağlam və hazır olacaq. Azərbaycan millisi haqda nəsə demək çətindi. Onların Portuqaliya və İsveçrə kimi güclü rəqiblərə qarşı oyunlarına baxmışıq. Azərbaycanlıların futbolçularının güclü liqalarda oynaması da faktdı. Bu görüşdə məqsədimiz? Hər matça xal qazanmaq üçün çıxırıq. Hamı istəkli olmalıdı".
Maraqlıdı ki, Rajanauskas azərbaycanlı futbolsevrələrlə yaxşı tanışdı. Belə ki, keçmiş yarımmüdafiəçi 2006-08-ci illərdə Bakı "İnter"ində çıxış edib (20 oyun, 3 qol) və Azərbaycan çempionu olub.
Litva - Azərbaycan oyunu aprelin 4-də keçiriləcək və görüşə Bakı vaxtı ilə saat 19:30-da start veriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC