İlk matçda məğlubiyyət "Qarabağ"ın qapıçısı finala çıxmaqla bağlı inamınızı azaltmayıb: "Kuboku qazanmaq qarşımıza qoyulan hədəflərdən biridi"

“Düşünürəm ki, ümumilikdə biz rəqibdən daha yaxşı oynadıq. İlk hissədə pis deyildik. Fasilədən sonra daha üstün görünürdük”. 

Presssport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın qapıçısı Fabian Buntiç Azərbaycan kubokunun yarımfinalında “Araz-Naxçıvan”a qarşı keçirilən ilk görüş barədə danışarkən deyib. 

O, 0:1 hesablı məğlubiyyəti belə şərh edib: “Araz-Naxçıvan”ın müdafiə xəttini yarmaq mümkün olmadı. Buna görə də uduzduq. Cavab matçında daha yaxşı oynamalı və finala adlamalıyıq”.

Maraqlıdır ki, bu mövsüm ölkə çempionatında hər 3 görüşdə “Araz-Naxçıvan”ı üstələyən “Qarabağ” kubokda rəqibinə uduzdu. Xorvat əsilli almaniyalı qolkiper bunu hər oyunun fərqli olması ilə əlaqələndirib: “Bu, kubok görüşü idi. “Araz-Naxçıvan” bizə qarşı vuruşdu. Tam gücləri ilə mübarizə apardılar. İlk dəqiqələrdən çox çalışırdılar, istəkli idilər. Təbii ki, belədə işimiz daha da çətinləşdi”. 

28 yaşlı qolkiper penalti epizodunu şərh etmək istəməyib: “Bu barədə heç nə deyə bilmərəm. Mən epizoda uzaq idim”.
F.Buntiç cavab görüşündən də söz açıb: “Təbii ki, qalib gəlməyi, mərhələ adlamağı hədəfləyirik. Kuboku qazanmaq qarşımıza qoyulan hədəflərdən biridir. Ona görə də sona qədər mübarizəmizi davam etdirəcəyik. Cavab oyununda hər şey mümkündür. İnanıram ki, istəyimizə çatacağıq” (qol.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC