"Sabah"ın məşqçisinə hakimlər briqadasını təhqir etdiyinə görə ağır cəza

AFFA İntizam Komitəsi “Sabah”ı 4000 manat cərimələyib.

Presssport.az xəbər verir ki, buna komandanın məşqçisi Aleksey Antonyukun "Neftçi"yə qalib gəldikləri (2:1) Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk matçında hakimlər briqadasını təhqir etməsi səbəb olub.

Baş məşqçinin köməkçisinə 3-ü şərti olmaqla 5 oyunluq cəza verilib. 

"Neftçi" isə azarkeşlərinin pirotexniki vasitədən istifadə etməsi ucbatından 1500 manat ziyana düşüb. 

"Araz- Naxçıvan" 700 manat cərimə edilib. Buna Naxçıvan klubunun 4 oyunçusunun Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk matçında "Qarabağ"ı məğlub etdikləri (1:0) görüşdə sarı vərəqə alması səbəb olub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC