UEFA-nın rəsmi saytı "Qarabağ" haqda yazıb.
Presssport.az xəbər verir ki, yazıda Azərbaycan təmsilçisinin "Braqa" ilə səfər matçında möhtəşəm performans göstərdiyi qeyd olunub:
"Qarabağ"ın arzusu davam edir
Komanda 8-ci cəhdində bu mövsüm Avropa Liqasının qrup mərhələsini ilk iki pillədə başa vurdu və ilk pley-off matçı heç vaxt təsəvvür edə bilməyəcəyi qədər yaxşı keçdi. Çünki onlar "Braqa"ya qalib gəlmək üçün möhtəşəm performans göstərdilər və Portuqaliyada 4:2 hesablı qələbə qazandılar.
Azərbaycanda cavab oyununda onların görəcəyi çox iş var. "Atlılar" klub tarixində ilk dəfə 1/8 final mərhələdinə yüksəlmək arzusundadır. Komandanın baş məşqçisi Qurban Qurbanov xəbərdarlıq edib: “Biz arxayın olmamalıyıq, cavab oyununa çox ciddi yanaşmalıyıq”. "Braqa kimi komandalar nəticəni çox tez öz xeyrinə çevirə bilər".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC