Gənclər və idman naziri Fərid Qayıbov mart ayı ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılar və onların məşqçiləri ilə görüşüb.
Presssport.az xəbər verir ki, Azərbaycan İdman Akademiyasında təşkil edilən görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Ardınca Qayıbov ölkəni beynəlxalq arenalarda uğurla təmsil etdikləri üçün idmançıları təbrik edib və onlara yeni qələbələr arzulayıb.
Ay ərzində beynəlxalq yarışlarda qazanılan uğurları əks etdirən videoçarxlar nümayiş olunub. Sonra atletika, atıcılıq, akrobatika gimnastikası, aerobika gimnastikası, bədii gimnastika, kişi idman gimnastikası, boks, cüdo, sərbəst güləş, qadın güləşi, yunan-Roma güləşi, taekvondo, üzgüçülük, kapoeyra, MMA, qazaq güləşi, uşu idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat verib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC