"Neftçi" narazı olduğu legionerini əvəzedici komandaya göndərdi - inamsız çıxışı davam edərsə...

"Neftçi" Alfa Konte ilə bağlı qərarını verib.

Presssport.az klub futbolçunu əvəzedici komandaya göndərib.

Buna səbəb hücumçunun məşqlərdə özünü yaxşı tərəfdən göstərə bilməməsi olub.

Məşqçilər korpusu ondan istədiyi performansı ala bilmədiyi üçün sierra leoneli forvardı əsas komandadan uzaqlaşdırıb. Kontenin aprelin 8-də baş tutacaq "Şamaxı-2" - "Neftçi-2" matçında iştirakı gözlənilir.

Futbolçunun inamsız çıxışı davam edərsə, onun yayda komandadan göndərilməsi planlaşdırılır. Hücumçunun özü də "Neftçi"dən ayrılmaq fikrindədir.

Qeyd edək ki, Alfa "ağ-qaralar"a 2024-cü ilin yanvarında qoşulub. Onun klubla müqavilə müddəti 2027-ci ilin yayına qədərdir (apasport.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC