“Bu görüşdə biz oyunöncəsi məşqə Ümumdünya Autizm haqqında Məlumatlandırma Günü münasibətilə xüsusi hazırlanmış formalarla çıxmışdıq. Bilirsiniz ki, bu, mənim üçün xüsusi bir haldır. Çünki övladım da autizmdən əziyyət çəkir”.
Presssport.az xəbər verir ki, bu sözləri “Neftçi”nin legioneri Yuri Matias deyib.
Azərbaycan Kubokunda “Sabah”la ilk yarımfinal matçında (1:2) fərlqənən braziliyalı müdafiəçi qoldan sonra xüsusi hazırlanmış formanı qaldırdı. Belə çıxır ki, qol vurmaq üçün əvvəlcədən xüsusi hazırlaşmışdı? Matiası dinləyək: “Bəli, emosional idim. Buna görə də qol vurmağı çox istəyirdim. Qol vurduqdan sonra formanı göstərməyim də bununla əlaqədardır. Onlar üçün vuruşurdum”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC