Gimnaziadada 18 cüdoçuyla təmsil olunacağıq - SİYAHI

Azərbaycanı Serbiyada keçiriləcək Gimnaziadada 18 çəki dərəcəsində 18 cüdoçu (9 oğlan, 9 qız) təmsil edəcək.

Presssport.az xəbər verir ki, yarışda qız cüdoçulardan Fatimeyizəhra Məmmədzadə (36 kq), Nərgiz Məmmədova (40 kq), Yağmur Abdullayeva (44 kq), Şövkət Kərimova (48 kq), Sunay Məcidova (52 kq), Məleykə Əsədova (57 kq), Türkan Məmmədli (63 kq), Rəhimə İsmiəliyeva (70 kq), Xədicə Quluzadə (+70 kq) iştirak edəcək.

Oğlan cüdoçulardan isə Fuad Rəhimli (38 kq), Fərid Rzazadə (42 kq), Aqil Nağıyev (46 kq), Rəhim Əliyev (50 kq), Nuru Sadıqzadə (55 kq), Aqşin Bayramov (60 kq), Davud Bayramov (66 kq), Mehdi Məhəmmədəli (73 kq), Camal Bünyatov (+73 kq) mübarizə aparacaq.

Gimnaziadada B kateqoriyalı beynəlxalq dərəcəli hakim Bəhriyyə Hüseynova ədalət təmsilçiləri arasında yer alacaq.

Xatırladaq ki, Gimnaziadada cüdo yarışları aprelin 11-dən 12-dək Luçani şəhərində baş tutacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC