UEFA Avropa Liqasının sosial şəbəkə hesablarında “Qarabağ” haqda paylaşım edib.
Presssport.az xəbər verir ki, qitə futbol qurumu Ağdam təmsilçisinin pley-off mərhələsində “Braqa”ya qarşı keçirdiyi cavab oyunundan paylaşdığı fotolar belə şərh olunub: “Tarix kitabları üçün! Təbriklər, “Qarabağ”.
Xatırladaq ki, “Qarabağ” Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda səfərdə 4:2 hesabı ilə qalib gəldiyi “Braqa”la Bakıdakı cavab matçı dramatik alınıb. Görüşün əsas vaxtı yekunlaşanda ümumi hesab 4:4 olduğu üçün əlavə vaxta ehtiyac duyulub. 56-cı dəqiqədən etibarən azlıqda qalan “Qarabağ” 120+2-ci dəqiqədə son nöqtəni qoyub. Ağdamlılar 2:3 hesabı ilə uduzsa da, ümumi hesabda 6:5 qalib gələrək 1/8 finala adlayıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC