"Qarabağ" Avropa Liqasının pley-off mərhələsinin "Braqa" ilə cavab matçında (2:3) Nəriman Axundzadənin 120+2-ci dəqiqədə vurduğu qolla 1/8 finala yüksəlib.
Presssport.az xəbər verir ki, tarixi andan sonra tribunalara yaxınlaşan 19 yaşlı futbolçu azarkeşlər arasından atasını axtarıb. Bu görüntülər hər kəsi duyğulandırıb.
Gənc futbolçunun atası Əhməd Axundov "Azxeber"ə açıqlama verərək oğlunun qələbə topunu vurduqdan sonra yaşadığı hissləri dilə gətirib: "Hər bir Azərbaycan vətəndaşı kimi mən də oğlumla qürur duydum. Onu tribunadan izləmək daha həyəcanlı idi. Tarixi qola imza atıb, özünün və klubunun adını tarixə yazdığı üçün ona təşəkkür edirəm".
Axundov qol vurduqdan sonra oğlunun onu tribunada axtarmasına da münasibət bildirib: "Duyğuların pik həddə çatdığı həmin anları söz ilə ifadə etmək çətindir. Həmin anda onun yanında olduğumu hiss etməsi və qələbə qolundan sonra məni tribunada axtarması bir ata olaraq məni çox duyğulandırdı".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC