"Qarabağ"la "Bayer"in görüşlərinin başlanma saatı bəlli olub

"Qarabağ"ın Avropa Liqasının 1/8 finalında "Bayer"lə oyunlarının başlanma saatı bəlli olub.

Presssport.az xəbər verir ki, komandalar arasında ilk oyun martın 7-də Bakıdakı Tofiq Bəhramov adına stadionda saat 21:45-də başlayacaq.

Cavab oyunu isə martın 14-də Leverkuzendəki "BayArena" stadionunda yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 00:00) start götürəcək.

Xatırladaq ki, "Bayer" "Qarabağ"la Avropa Liqasının qrup mərhələsində də mübarizə aparıb. Leverkuzendə 5:1, Bakıda 1:0 hesabı ilə "Qarabağ"a qalib gələn Xabi Alonsonun komandadı qrup lideri kimi 1/8 finala çıxıb. Ağdam təmsilçisi isə qrupda 2-ci yeri tutaraq pley-offa yüksəlib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC