Tovuzda ara qarışdı, "Neftçi"nin futbolçusunun başına su şuşəsi atıldı

Premyer Liqanın XXIV turunun “Turan Tovuz” – “Neftçi” oyunundan sonra insident yaşanıb.

Presssport.az-ın Tovuza ezam olunmuş əməkdaşı xəbər verir ki, baş hakim Tural Qurbanovun final fitindən sonra azarkeşlərdən biri “Neftçi”nin ehtiyat oyunçular skamyasında olan Qara Qarayevə su şüşəsi atıb və o da futbolçunun başına dəyib. 

“Neftçi”nin texniki heyəti və digər oyunçuları buna aqressiv reaksiya göstəriblər. “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov və digər texniki heyət üzvləri olay yerinə gedərək azarkeşləri sakitləşdirməyə çalışıblar. Onları səhv anlayan qarşılaşmanın baş hakimi isə baş məşqçilərin mübahisə etdiyini düşünüb və həm Abbasova, həm də onun monteneqrolu həmkarı Miodraq Bojoviçə sarı vərəqə göstərib.

Qeyd edək ki, “Turan Tovuz” – “Neftçi” oyununda qalib müəyyənləşməyib – 1:1.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC