Rusiya millisinin sabiq qapıçısı Vladimir Qabulov “Qarabağ”ın qolkiperi Andrey Lunyovun yığmada əsas qapıçı ola biləcəyini hesab edir.
Presssport.az xəbər verir ki, veteran futbolçu 33 yaşlı Lunyovun yaxşı səviyyədə olduğunu söyləyib: “Andreyin qapıçı keyfiyyətləri hamıya məlumdu. O, yüksək səviyyəli ustalığa malikdi. Yaxşı səviyyəli qapıçıdı, hansı ki, nəinki milliyə çağırışa, həm də əsas qapıçı yerinə iddia etmək iqtidarındadı. Lunyovun “Qarabağ”da oyun təcrübəsi yaranıb və o, öz səviyyəsini sübut edir”.
Xatırladaq ki, Andrey yığmada 7 matç keçirib. O, 2021-ci ildən milli komandaya dəvət edilmir.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC