“Sumqayıt” qış hazırlığını Türkiyənin Antalya bölgəsində davam etdirir. Baş məşqçi Samir Abasov üçün əsas sevindirici məqam konqolu hücumçusu Kasimir Ninqayla bağlıdı. Belə ki, klubun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyevin Presssport.az-a verdiyi məlumata görə, adıçəkilən legionerin zədəsi ciddi olmayıb və təlim-məşq toplanışında iştirak edir: “Düzdür, Ninqa kimi zədəli olan İsa Suliman Antalyada ilk məşqdə iştirak etmədilər. Amma artıq komandaya qoşulublar. Ümumiyyətlə, Kristian Velinovski və Vüqar Mustafayev xaricində oyunçularımızn hamısı artıq toplanışdadı. Əvəzedici heyətimizdən 5-6 futbolçu da əsas komandanın Antalyadakı hazırlıq prosesinə cəlb olunub”. Məlumdu ki, Mustafayevlə Velinovski əməliyyat olunaraq Türkiyəyə gətirilməyiblər. Adıçəkilən yarımmüdafiəçilərdən legionerin problemi daha ciddi olduğundan – ayağı qırıldığından, onun bu mövsüm bir daha meydana çıxmayacağı gözlənilir. Xudiyevi dinləyək: “Bəli, onun cari mövsümdə oynaması çətin məsələdi. Hazırda Vətəni Şimali Makedoniyada olan Kristian fevralda Sumqayıta gələcək. Bundan sonra yavaş-yavaş bərpa prosesi start götürəcək – hələ ilk olaraq yeriməyə başlamaq, sonra yavaş-yavaş kiçik hərəkətlər, məşqlər. Bunlar yəqin, mövsümün sonuna çatmaz. Vüqar isə artıq fevralda məşqlərə başlayacaq. Onun artıq III dövrədə oynaması gözlənilir”. Xatırladaq ki, “Sumqayıt” yanvarın 17-dək davam edəcək Analya toplanışında 2 yoxlama matçı keçirəcək. Bunlar yanvarnı 12-də Rumıniyanın “Hermanştadt”, 16-da Özbəkistanın “Soqdiana” klubuyla oyunlar olacaq. MEHMAN SÜLEYMANOV
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC