"Gəncə"nin baş məşqçisi özünü günahkar saydı, üzr istədi: "Bəhanə gətirmək istəmirəm..."

“Gəncə” basketbol klubunun baş məşqçisi Bedri Meriç Azərbaycan Kubokunun I turunda “Sərhədçi”yə 63:99 hesablı məğlubiyyətə görə üzr istəyib.

Presssport.az xəbər verir ki, türkiyəli mütəxəssis bunu bölgə təmsilçisinin mətbuat xidmətinə açıqlqamasında deyib.

O, kubok yarışı üçün legioner limitinin fərqli olduğunu, 3 yerli basketbolçunun meydanda olması səbəbindən oyun sistemində dəyişikliklər etmək məcburiyyətində qaldıqlarını söyləyib: “Bu da bizə müsbət təsir etmədi. Ənənəvi oynadığımız basketboldan uzaqlaşdıq. Acı nəticə özünü hesabda göstərdi. Bəlkə də ən pis oyunumuzu keçirdik. Ona görə də azarkeşlərimizdən, bizi son oyunda tribunada dəstəkləyənlərdən üzr istəyirəm. Fanatları çox yaxşı anlayıram, onlar komandanı daha yaxşı yerlərdə görmək istəyirlər”.

Meriç ağır məğlubiyyətdə özünü günahkar sayır: "Ümid edirəm ki, gələcəkdə etimadı doğruldacağıq. Bəhanə gətirmək istəmirəm, bütün məsuliyyət üzərimdədi. Kubok turnirində daha iki güclü rəqibimizlə oyunumuz var. Mübarizə aparacağıq. Bizim üçün əsas olan çempionatdakı oyunları uğurla başa vuraraq liqanı daha üst sıralarda bitirməkdir”.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC