Hakimov İTV-nin AÇ-2024-lə bağlı planlarını açıqladı

Almaniyada təşkil olunacaq Avropa çempionatının startına üç aydan bir qədər çox müddət qalıb. Ölkəmizdə AÇ-2024-ün yayım hüququ İTV-yə məxsusdur.
Telekanal qitə çempionatına necə hazırlaşır? Üst-üstə düşəcək pararlel oyunların yayımı necə həyata keçiriləcək?

Telekanalın idman departamentinin rəhbəri Kənan Hakimov açıqlamasında bu barədə belə danışdı: 

"Avropa çempionatı ilə bağlı martın sonundan etibarən 12 filmin yayımına başlayacağıq. Hansı ki, UEFA tərəfindən göndərilən Avropa çempionatı ilə bağlı sənədli, lisenziyalı filmlərdir. İştirakçı ölkələrlə bağlıdır. Onları AÇ-nin startına qədər efirimizdə göstərəcəyik. Təbii ki, yenə tamaşaçılar üçün maraqlı verilişlər etməyə çalışacağıq. Efirimizdə oyunlardan başqa, icmallar, qonaqlar olacaq. Hələlik bu qədər məlumat verə bilərəm. Digər detallar hələ müəyyənləşməyib".
Xatırladaq ki, AÇ-2024 iyunun 14-dən iyulun 14-nə qədər Almaniyanın 10 şəhərində keçiriləcək (fanat.az) 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC