2-3 martda Türkiyənin Antalya şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kuboku turnirində Azərbaycan cüdoçuları 4 qızıl, 5 gümüş və 7 bürünc medal əldə edib.
Presssport.az xəbər verir ki, Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda 1-ci yeri, qızlar və oğlanlar arasıında 2-ci yeri tutub.
Turnirin ilk gününündə cüdoçularımız 4 qızıl, 2 gümüş və 6 bürünc medal qazanıb.
Yarışın ikinci günündə oğlanlar arasında -81 kq. çəkidə Mehdi Abbasov və +90 kq. çəkidə Sübhan Axundov gümüş medal əldə ediblər.
Qızlar arasında isə -57 kq. çəkidə Aytən Verdiyeva gümüş medal, Nilgün Rzayeva bürünc medal qazanıblar.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC