ÇL-də ilk 1/4 finalçılar müəyyənləşdi

Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.

Presssport.az xəbər verir ki, ilk 1/4 finalçılar “Bavariya” ilə PSJ olub. 

İtaliyada “Latsio”ya minimal hesabla uduzan “Bavariya” bunun əvəzini Almaniyada böyükhesablı qələbəylə çıxıb. 

Digər cütlükdə PSJ Fransada olduğu kimi, İspaniyada da “Real Sosyedad”ı məğlub edib. Matçın qəhrəmanı parislilərin heyətində dubla imza atan hücumçusu Kilian Mbappe olub.

6 mart (çərşənbə)

"Real Sosyedad" - PSJ - 1:2
Qollar: Mikel Merino, 89 - Kilian Mbappe, 15, 56
İlk oyun - 0:2

"Bavariya" - "Latsio" - 3:0
Qollar: Harri Keyn, 39, 66, Tomas Müller, 45+2
İlk oyun - 0:1


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC