"Bayer"in futbolçusu Robert Andrix Bakıda "Qarabağ"a qarşı keçirdikləri Avropa Liqasının ilk 1/8 final matçı barədə fikirlərini bölüşüb.
Presssport.az xəbər verir ki, mərkəz yarımmüdafiəçisi 2:2 hesabıyla nəticələnən səfər matçında yaxşı futbol sərgilədiklərini, amma "Qarabağ"ın çox yaxşı oynadığını söyləyib: "Onlar ilk 60-70 dəqiqədə bacardıqlarını 120 faiz meydanda qoydular. Ləng tərpənirdik və kifayət qədər aqressiv deyildik. Rəqib isə əks-hücum şanlsarını gözləyirdi. Fasilədə bu oyunu uda bilməsək belə, evə yaxşı nəticə ilə qayıtmalı olduğumuzu düşündük. İki qolun əvəzini çıxa bilməyimiz döyüş ruhumuzdan xəbər verir".
Xatırladaq ki, təmsilçimiz bu qarşılaşmada fasiləyə hesabda 2:0 irəlidə yollanıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC