"Neftçi"nin sabiq hücumçusu üçün A Seriyadan təklif gəldi, de Byazi onu təriflədi

“Neftçi”nin sabiq legioneri Mateus Saldanyanın İtaliya A Seriyasında çıxış etmək variantı yaranıb. Presssport.az xəbər verir ki, Serbiyanın “Partizan” klubunun braziliyalı hücumçusu “Torino”nun maraq dairəsinə düşüb. Belə ki, Turin klubu hücum xəttindəki boşluğu 24 yaşlı Saldanya ilə doldurmaq niyyətindədi. Millimizin italiyalı sabiq baş məşqçisi Canni de Byazi də öz ölkəsinin mətbuatına açıqlamasında Matesu barədə müsbət fikirlər səsləndirib: "Onu “Neftçi”nin heyətində bir neçə dəfə izləmişəm. O, Serbiya çempionatında da yüksək performans sərgiləyib". Xatırladaq ki, 2022/23 mövsümünün ikinci yarısını icarə əsasında “Neftçi”də keçirən Saldanya "Fənərbaxça"nın da transfer siyahısında yer alıb. Onun “Partizan”la müqavilə müddəti 2027-ci ilə qədərdi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC