Ozobiç ilk dəfə "Neftçi"ni məyus etmişdi, 2-ci dəfə "Neftçi"ylə sevindi

Filip Ozobiç Azərbaycan çempionatlarında 2-ci het-trikə imza atıb.

Presssport.az xəbər verir ki, xorvat əsilli yarımmüdafiəçi iki fərqli klubda het-trik edən futbolçular siyahısına daxil olub.

Ozobiç bunu Misli Premyer Liqasının XXVI turunda rəsmiləşdirib. “Neftçi”nin futbolçusu “Kəpəz”lə səfər matçında (3:3) üç qol vurub. 

O, 2020/21 mövsümündə “Qarabağ”ın heyətində də belə məhsuldar oyun keçirib. 2020-ci il noyabrın 8-də də səfərdə üç qol vuran Ozobiç indiki komandası “Neftçi”ni məyus edib. Həmin görüşdə də 6 qol qeydə alınsa da, bütün topları qonaqlar vurublar – 0:6.

“Qarabağ” və “Neftçi”də het-trikə imza atan Filip Azərbaycan çempionatının XXI əsrdə keçirilən oyunlarında ən azı iki fərqli klubun heyətində het-trik və ya daha çox qol vuran 10-cu futbolçudur.

Ona qədər 9 oyunçu bunu bacarıb. Zaur Ramazanov (“Bakılı”, “Karvan” və “Xəzər Lənkəran”), Nadir Nəbiyev (“Neftçi”, “Xəzər Lənkəran” və “Turan”) və Samir Musayev (“Şəfa”, “Qarabağ”, “Turan”) hərəsi üç klubun heyətində belə məhsuldar matç keçirib. Anatoli Doroş (“Standard” və “Şüvəlan”), Əhməd Ticani (“Şahdağ” və “Bakı”), Kənan Kərimov (“Kəpəz” və “Şəmkir”), Samir Əliyev (“Xəzər Lənkəran” və “Şamaxı”), Xaqani Məmmədov (“Şüvəlan” və “Şamaxı”) və Davit Volkov (“Zirə” və “Sabah”) iki komanda ilə bir qarşılaşmada 3 və ya daha çox qol vurub.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC