AFFA-nın keçirdiyi Region Liqasında Şimal və Şimal-Qərb zonasında qrup qalibi artıq müəyyənləşib.
Presssport.az xəbər verir ki, “Göyəzən” sona 1 tur qalmış 1-ci yeri təmin edərək pley-offa vəsiqə qazanıb.
Belə ki, Elxan Muradovun komandası son pillənin sahibi "Balakən"i evdə 6:1 hesabıyla darmadağın edərək bu mövsüm 12-ci qələbəsini qazanıb. Hazırda 31 xalı olan Qazax komandası ən yaxın izləyicisini 6 xal qabaqlayaraq, əlçatmaz olub.
Üstəlik, onu da nəzərə alaq ki, “Göyəzən”in ehtiyatda 1 matçı da var. Belə ki, komanda bu həftəiçi "Ağstafa Gəncləri"ylə Qazaxda təxirə salınmış görüşə çıxacaq. Maraqlıdı ki, qazaxlıların qrupda həftəsonu son matçı da məhz bu rəqiblə evdə olacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC