Elvinin epizodunda "qırmızı"nı ağır qərar sayır: "İngilislər Tofiq Bəhramovun onlara etdiyi hörmətin "qarşılığını" belə verdilər"

Qarabağ" Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Bayer"ə məğlub olub - 2:3.

Presssport.az xəbər verir ki, güclü rəqibinə layiqli mübarizə aparan, hesabda 2:0 önə keçən Azərbaycan təmsilçisi sona qədər üstünlüyünü qoruya bilmədi. 

Matçda mübahisəli məsələlərdən biri də baş hakim Entoni Teylorun ikinci hissədə Elvin Cəfərquliyevə qırmızı vərəqə göstərməsi olub.

Hakimlər Komitəsinin keçmiş sədri Xəqani Məmmədov açıqlamasında Teylorun qərarının ağır olduğunu söylədi:

"Elvin Cəfərquliyevin epizodunda qırmızı vərəqə ağır qərar idi. "Sarı" göstərmək olardı. Oyunçu hücuma cinahdan çıxırdı. Cəfərquliyev rəqibi çəkib, sonra sonra buraxdı. Ciddi bir şey olmadı. Üstəlik, Frimponq bir az məsafə qət edəndən sonra müvazinətini itirdi. Qırmızı vərəqə ağır qərar idi. Mərkəzdən gedən oyunçu olsaydı, hə, amma belə cinahdan keçənə vermirlər. Teylor adına yaraşan qərarlar qəbul etmədi. Düşünürəm ki, ingilislər Tofiq Bəhramovun onlara etdiyi hörmətin "qarşılığını" belə verdilər".

Məmmədov oyuna artırılmış əlavə vaxtın bitməsinə baxmayaraq, hakimin matçı bitirməməsi və əvəzində "Bayer"in qələbə qolunu vurmasını da şərh etdi:

"Teylor təcrübəli hakimdir, İngiltərədə ciddi oyunlar idarə edib. Görürsən, futbolçular yorulub, "Qarabağ" 10 nəfərlə qat-qat güclü rəqibinə layiqli mübarizə göstərib. Artıq 6 dəqiqə tamam olub, nə üçün 55 saniyə də oynadırsan? "Bayer"in qolundan sonra narazılıq olmasın deyə, daha bir-iki dəqiqə oynamağa şans verdi. İngilissayağı idarəçilik oldu. Ancaq bilirəm ki, Teylor İngiltərədə belə epizodlarda heç vərəqə göstərməzdi".

Keçmiş hakim "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyevin son oyunlarda tez-tez "qırmızı" almasından söz açdı:

"Eyni zamanda Elvin də bir az intizamlı olmalıdır. Hələ son dəqiqələr deyil, nə üçün orda elə hərəkət edirsən? "Braqa" ilə oyunda qırmızı vərəqə alandan sonra hakimə sərt reaksiya göstərdi, bəlkə də, iki-üç oyunluq cəzalana bilərdi. Amma görünür, Kabakov protokolda qeyd etməmişdi. "Bayer"lə belə vacib görüşdə Elvinin hərəkəti də yersiz idi" (Futbolpress.az)

 

 

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC