“Bayer”in kapitanı Robert Andrix Avropa Liqasının 1/8 final mərhələsinin Leverkuzendə “Qarabağ” üzərində qazandıqları cavab oyunundakı qələbəni (3:2) şərh edib.
Presssport.az xəbər verir ki, Andrix Ağdam klubundan yaxşı oynadıqlarını deyib:
“Baş verənləri necə adlandıracağımı bilmirəm. Oyunun gedişatı tamamilə bizə qarşı idi. Şik qələbə qolunu vurduqdan sonra sonra düşündüm ki, “yəni, bunu yenə edə bildik”?”.
Robert çox yaxşı, təmsilçimizdən qat-qat yaxşı formada olduqları fikrindədi: "Bu, doğrudu. Gözəl oldu, amma əlavə vaxta qədər saxlamağa ehtiyac yox idi. Məncə, azarkeşlərin də bu cür ssenariyə ehtiyacı yoxdu. Çünki insanların ürəyi bir neçə dəfə dayanıb”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC