21 yaşadək futbolçulardan ibarət İngiltərə milli komandasının AVRO-2025-in seçmə mərhələsi çərçivəsində Azərbaycan və Lüksemburq yığmaları ilə keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
Presssport.az İngiltərə Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, baş məşqçi Li Karsli 24 futbolçuya dəvət göndərib:
Qapıçılar: Mettyu Kox (“Bristol Rovers”), Sem Tikl (“Viqan”), Ceyms Trefford (“Bernli”).
Müdafiəçilər: Çarli Kressuell (“Lids”), Kallum Doyl (“Lester”), Teylor Harvud-Bellis (“Sauthempton”), Riko Lyuis (“Mançester Siti”), Teden Menqi (“Lyuton”), Jarell Kuansa (“Liverpul”), Bruk Norton-Kaffi (“Milluoll”), Natan Vud (“Suinsi”).
Yarımmüdafiəçilər: Karni Çukvuemeka (“Çelsi”), Hervi Elliott (“Liverpul”), Kobbi Mayno (“Mançester Yunayted”), Ceyms Makati (“Şeffild Yunayted”), Tayler Morton (“Hall Siti”), Arçi Qrey (“Lids”), Aleks Skott (“Bornmut”).
Hücumçular: Ceymi Binoe-Gittens (“Borussiya”, Dortmund), Cey Stansfild (“Birmingem”), Sem İlinq-Junior (“Yuventus”), Noni Madueke (“Çelsi”), Caden Filoqene (“Hall Siti”), Morqan Rojer (“Aston Villa”).
Xatırladaq ki, İngiltərə yığması martın 22-də Bakıda Azərbaycan millisinin qonağı olacaq. Bundan 4 gün sonra isə ingilislər öz meydanlarında Lüksemburqu qəbul edəcəklər.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC