Azərbaycan Premyer Liqasının XXVII turunda keçirilmiş "Turan Tovuz" - "Qarabağ" oyununda 6000 tamaşaçı qeydə alınıb.
Presssport.az xəbər verir ki, bu, mövsümün üçüncü göstəricisinin təkrarıdır.
27 tur ərzində baş tutan 135 matçda 4-cü dəfə tamaşaçı sayı 6000 və ya daha yüksək olub.
Rekord “Sumqayıt” – “Neftçi” oyununa (2:1) məxsusdur. XXI turun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda reallaşan görüşünü 8100 tamaşaçı izləyib. XXV turun “Neftçi Arena”dakı “Neftçi” – “Qarabağ” qarşılaşmasında (1:4) 6500, X turun “Turan Tovuz” – “Qarabağ” oyununda (2:2) 6000 seyrçi qeydə alınıb.
Qeyd edək ki, qarşılaşmada qonaqlar 3:1 hesablı qələbə qazanıblar.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC