AFFA-nın keçirdiyi Region Liqasında Qərb və Şimal-Qərb zonasında qrup mərhələsinə yekun vurulub.
Presssport.az xəbər verir ki, vaxtından əvvəl qrup qalibi olaraq pley-offa çıxmasını təmin edən “Göyəzən” son 2 matçda da qalib gəlib.
Özü də eyni rəqibə. Məsələ ondadı ki, qazaxlıların qonşu bölgə təmsilçisi olan “Ağstafa Gəncləri” ilə həm son tur, həm də təxirə salınmış matçı qalmışdı. Qara görə yanvarda baş tutmayan və martda Qazaxda keçirilən bu görüşdə Elxan Muradovun komandası 4:2 hesabıyla qalib gəlib.
Son turda isə Ağstafaya səfər edən “Göyəzən” böyükhesablı qələbəyə sevinib - 5:2.
Beləliklə, qazaxlılar 14 oyundan 37 xal xalla (12 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət, topların fərqi 47-13) qrup qalibi olub. Reqlamentə görə, 4 komanda pley-offa çıxır və bu zonada “Qala” ("Goranboy") 2-ci, “Bərdə” 3-cü, Ağstafa Gəncləri" 4-cü yerin sahibi kimi pley-offa vəsiqə qazanıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC