"Qalatasaray"ın futbolçusu Kerem Aktürkoğlunun karyerasını Rusiyada davam etdirmək variantı yaranıb.
Presssport.az xəbər verir ki, Moskva “Spartak”ı 26 yaşlı türkiyəli yarımmüdafiəçi üçün təklif irəli sürüb.
Özü də Rusiya nəhəngi Keremə yüksək məbləğ təklif edərək razı salmağa çalışır. "Qalatasaray"la müqaviləsi 2026-cı ilin iyunun 30-na qədər olan Türkiyə millisinin hücumameylli yarımmüdafiəçisi bu mövsümün sonunda Rusiyaya yollanıb-yollanmayacağına qərar verəcək.
Xatırladaq ki, "Spartak" martın 23-də “Neftçi”ylə Bakıda yoldaşlıq görüşü keçirəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC