“Heç olmasa 45 dəqiqə oynamaq istərdim” - Lunyov

“Uzun müddətdi - 2 il idi ki, milli komandada deyildim. Təbii ki, darıxmışdım”.

Presssport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın qapıçısı Andrey Lunyov deyib. 

Hazırda Rusiya millisinin düşərgəsində olan 32 yaşlı futbolçu qarşıdakı görüşlərdə iştirakı perspektivi haqda danışıb: "Mart matçlarında oynayacağammı? Təbii ki, 2 oyundan 1-də meydana çıxmaq istərdim - heç olmasa 45 dəqiqə. Təbii ki, hər 2 qarşılaşmada oynamaq istərdim. Ancaq anlayışlı olmalı və sağlam düşünməliyik. Dörd qapıçımız var və yəqin ki, hamıya vaxt veriləcək”.

Xatırladaq ki, Rusiya millisi martın 21-də Serbiya, martın 25-də Paraqvayla yoxlama görüşü keçirəcək. Hər iki oyun Moskvada olacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC