“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyov karyerası ilə gələcək planlarından danışıb.
Presssport.az xəbər verir ki, 33 yaşlı qolkiper hələlik diqqətini hazırkı mərhələyə cəmləşdirdiyini söyləyib: "Yəni, bu, milli komandadı, sonra kluba qayıdıram, orda qarşıya qoyulan vəzifələri yerinə yetirməliyəm. Sonrasına isə baxarıq”.
Rusiyalı həmkarlarımız Andreydən Rusiya Premyer Liqasını izləyib-izləməsi haqda da soruşublar: “Rusiya futboluna elə də baxmıram, dəqiq nəsə demək çətindi. Ancaq ”Zenit" çempiondu! Bu, dəqiqdi”.
Bu yerdə bildirək ki, Lunyov hazırda 1-ci yerdə gedən “Zenit”də çıxışıyla tanınıb.
Xatırladaq ki, Andreyin "Qarabağ"la keçən yay imlazadığı müqavilə "1+1 il" şərtiylədi. Ağdamlılar uğurlu transfer olan təcrübəli kiperi saxlamaq fikrindədi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC