"Lokomotiv"in və Rusiya millisinin sabiq qapıçısı Ruslan Niqmatullin “Qarabağ”dakı gənc həmkarı Andrey Lunyovun millidə əsas qolkiper olmaq şanslarını dəyərləndirib.
Presssport.az xəbər verir ki, 50 yaşlı veteran futbolçunun fikrincə, Lunyovun son vaxtlar Rusiya millisinin bütün qapıçıları arasında beynəlxalq təcrübəyə malik yeganə kiper olması işə düşə bilər: "Amma hazırda Matvey Safonovu millinin əsas qapıçısı hesab edirəm. Millinin əsas heyətində son matçları məhz o keçirib və oyunundan xüsusi şikayətlər yoxdu. Son oyunlarda “Krasnodar”da uğursuzluqlar olsa da, Matvey özünə arxayındı. Hər halda, Safonov “1 nömrə”di, amma əminəm ki, Lunyov da oynayacaq".
Qeyd edək ki, Rusiya və Serbiya milliləri arasında dünən Moskvada keçirilmiş yoldaşlıq görüşündə görüşündə qapını Matvey Safonov qoruyub. Matç rusların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC