"Neftçi" - "Spartak" matçının hakimləri müəyyənləşib

"Neftçi"nin bu gün Moskva "Spartak"ı ilə keçirəcəyi yoxlama matçının hakimləri müəyyənləşib.

"Neftçi"nin mətbuat xidmətindən Presssport.az-a verilən məlumata görə, "Neftçi Arena"da baş tutacaq qarşılaşmanın baş hakimi Rauf Cabbarov olacaq.

Ona Namiq Hüseynov, Kamran Bayramov və Kamranbəy Rəhimov kömək edəcəklər. VAR hakimləri isə Cavid Cəlilov ilə Müslüm Əliyev olacaqlar.

Qarşılaşma Moskva vilayətindəki "Crocus City Hall”da baş verən terror aktı ilə əlaqədar 1 dəqiqəlik sükutla başlayacaq.

Xatırladaq ki, "Neftçi" - "Spartak" matçı saat 18:00-da başlayacaq.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC