"Azərbaycan millisi daha ciddi komandadı, onların "Bayer"ə nələr etdiklərini gördünüz"

Bolqarıstan milli komandası "FIFA series - Edition 2024" layihəsi çərçivəsində Tanzaniyanı 1:0 hesabı ilə məğlub edib.

Presssport.az xəbər verir ki, növbəti oyunda Azərbaycan yığması ilə üz-üzə gələcək bolqarların hücumçusu Aleksandr Kolev millimizi daha ciddi komanda adlandırıb:

"Azərbaycan daha ciddi komandadı. Futbolçularının yarısı "Qarabağ"da oynayır. Onların "Bayer"ə nələr etdiklərini gördünüz. Ümid edirəm ki, Tanzaniya yığması üzərindəki qələbə bizə daha inam verəcək. Yaxşı oyuna və qələbəyə ümid edirəm".

Xatırladaq ki, Azərbaycan - Bolqarıstan qarşılaşması 25 mart tarixində saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC