Moskva “Spartak”ının futbolçuları qan toplanmasında iştirak etməyi və “Crocus City Hall”da baş vermiş terror aktı qurbanlarını ziyarət etməyi planlaşdırır.
Presssport.az xəbər verir ki, bu barədə “qırmızı-ağlar”ın mətbuat xidməti məlumat yayıb: “Bu gün Bakıdan Moskvaya qayıdacağıq. Yaxın vaxtda qan toplanmasında iştirak etməyi, zərərçəkənlərə baş çəkməyi və lazımi maddi yardım göstərməyi planlaşdırırıq”.
Xatırladaq ki, “Spartak”ın bu gün “Neftçi”ylə Bakıda keçirməli olduğu yoldaşlıq görüşü ləğv olunub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC