Bolqarlarda zədəli və qapıçı dəyişikliyi

Bolqarıstan millisi bu gün “FİFA series” turnirində Bakıda qonağı olacağı Azərbaycan yığması ilə görüşə itki ilə çıxacaq.

Presssport.az xəbər verir ki, müdafiəçi Viktor Popov zədə üzündən oynamaycaq.

Bundan əlavə, qapıçı mövqeyində dəyişiklik gözlənilir. Belə ki, Tanzaniya ilə qarşılaşmada (1:0) meydana çıxmış Dimitar Mitovu start heyətində İvan Dyulqerov əvəzləyəcək.

Xatırladaq ki, Azərbaycan - Bolqarıstan matçı Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da keçiriləcək.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC