Musa məlumatsızdı: "Qarabağ”a qayıtmaq barədə hər hansı bir söhbət olmayıb"

Milli komandamızın hücumçusu Musa Qurbanlı icarə əsasında “Qarabağ”a qayıdacağı barədə yayılan xəbərləri təkzib edib.

Presssport.az xəbər verir ki, 22 yaşlı forvard hazırda çıxış etdiyi İsveçin “Yurqorden” klubundan tezliklə ayrılmaq barədə düşünmədiyini bildirib: “Belə bir məlumatım yoxdu. Hələ ki “Yurqorden”dəyəm və “Qarabağ”a qayıdacağım barədə heç bir qərar verilməyib. Bu haqda danışığımız olmayıb. Mən “Yurqorden”in futbolçusuyam və bu klubun uğurları üçün çalışıram. “Qarabağ”a qayıtmaq barədə hər hansı bir söhbət olmayıb”.

M.Qurbanlı İsveç klubundakı çətinliklərə hazır olduğunu vurğulayıb: “Mən İsveçə gedəndə bilirdim ki, bu, nağıl deyil, birdən-birə hansısa partlayış olmayacaq. Futbolda belə çətinliklər olur. Bu çətinliklərə hazır idim. Təbii ki, oynamayanda nəinki mənim üçün, ümumiyyətlə, hər bir futbolçu üçün psixoloji cəhətdən asan olmur”.

O, hazırda öz şansını gözlədiyini söyləyib: “Fasilə müddətində komandaya yeni futbolçular cəlb olundu. Ola bilər ki, baş məşqçi hazırda yeni transferlərə daha çox şans verir. Mənim işim məşqlərimi edib öz şansımı gözləməkdir”.

Qeyd edək ki, dünən ölkə mətbuatında yayda Musa Qurbanlının “Qarabağ”a qayıdacağı və 2024/25 mövsümünü icarə əsasında Ağdam klubunda keçirəcəyi barədə xəbərlər yayılıb.

Əlavə edək ki, onun “Yurqorden”lə müqaviləsi 2026-cı ilin yayına kimidi (futbolxeber.az)

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC