Stanislav Çerçesov Rusiya millisinin baş məşqçisi olduğu dövrdə futbolçusu olmuş Andrey Lunyovun "Qarabağ"a keçidini şərh edib. Presssport.az xəbər verir ki, təcrübəli rusiyalı mütəxəssis milliyə qayıdan 32 yaşlı qapıçının klub karyerası ilə bağlı doğru qərar verdiyini söyləyib: "Təəssüf ki, Andreyi iş başında görə bilmədik. Böyük ehtimalla o, Paraqvayla matçda millinin qapısını qoruyacaqdı. Lunyovla Almaniyada tanış olmuşdum. O vaxt Leverkuzendə oynayırdıq, otelimizə gəldi, uzun müddət söhbət etdik. “Qarabağ”a keçməklə düzgün addım atdı. O, stabil olaraq avrokuboklarda oynayan, özünü sübut edə biləcək yaxşı kluba keçdi".
Xatırladaq ki, Andrey keçən ay “Qarabağ”a gələnədək "Bayer"də 2 ildə 2 oyun keçirmişdi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC