UEFA-nın 2023-cü ildə Azərbaycan klublarına ödədiyi vəsait açıqlanıb

UEFA-nın 2023-cü ildə Azərbaycan klublarına ödədiyi vəsait açıqlanıb.UEFA-nın 2023-cü ildə Azərbaycan klublarına ödədiyi vəsait açıqlanıb.

Presssport.az xəbər verir ki, bu barədə AFFA-nın hesabatında bildirilib.

Qitə futbol qurumu ümumilikdə klublarımıza 23 milyon 222 min 116 manat ödəyib.

Bunlardan 15 milyon 197 min 96 manatı "Qarabağ"a, 2 milyon 196 min 52 manatı "Neftçi"yə, 1 milyon 951 min 89 manatı "Sabah"a, 1 milyon 587 min 66 manatı "Qəbələ"yə, 696 min 264 manatı "Zirə"yə, 569 min 991 manatı "Sumqayıt"a, 515 min 674 manatı "Şamaxı"ya, 508 min 884 manatı "Səbail"ə verilib.

Qeyd edək ki, klubların Çempionlar Liqası və Avropa Liqasında çıxışı ilə əlaqədar və digər layihələrə görə UEFA tərəfindən ayrılan maliyyə vəsaitləri AFFA-nın hesabına və müvafiq olaraq milli assosiasiya tərəfindən klubların hesabına köçürülüb. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC