"Qəbələ" Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində "Zirə"ylə ilk matçda artıq ilk hissədə məcburi əvəzləmə etməli olub. Presssport.az xəbər verir ki, komandanın nigeriyalı yarımmüdafiəçisi Ahmed Ayzaya fasiləyə 5 dəqiqə qalmış əvəzlənməli olub.
Buna səbəb legionerin zədələnməsi olub. Özü də buna 5 dəqiqə qalmış Ahmedə tibbi yardım göstərilərək meydana qayıtmışdı. Amma az sonra o yerdə qalıb, hətta meydana xərəklə uşaqlar çıxıb. Lakin Ayzaya ayaq üstə duraraq özü meydanı tərk edə bilib. Onu israilli həmkarı Feras Abu Akal əvəzləyib.
Xatırladaq ki, Zirədəki görüşdə hesab açılmayıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC