Qol vurdu, oyunu davam etdirə bilmədi

"Zirə"nin legioneri Salifu Suma Azərbaycan kubokunda “Qəbələ”ylə ilk yarımfinal matçında 2-ci hissədə 5 dəqiqə ərzində diqqət mərkəzinə düşüb.

Presssport.az xəbər verir ki, qvineyalı sağ cinah yarımmüdafiəçisi 51-ci dəqiqədə baxımlı qolla hesabı açıb, bundan 5 dəqiqə sonra zədələnərək əvəzlənməli olub. Ona tibbi yardım üçün həkimlər daxil olsa da, onun dəyişilməsi qaçılmaz olub. Sumanın yerinə ukraynalı Eldar Quliyev daxil olub və taktiki yerdəyişmə baş verib. Belə ki, Ceyhun Nuriyev yarımmüdafiənin mərkəzindən sağ cinahına çəkilib, Eldar isə onun yerində çıxış edib.

Xatırladaq ki, matçda hesab 1:0 zirəlilərin xeyrinədi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC