Azərbaycan kubokunun yarımfinalında “Qəbələ” ilə oyundan əvvəl "Zirə"nin futbolçuları Hacıağa Hacılı və İsmayıl İbrahimliyə simvolik olaraq “100” yazılmış forma təqdim edilib.
Presssport.az xəbər verir ki, formaları klubun vitse-prezidenti Seyidağa Babayev və icraçı direktor Cahangir Məmmədov təqdim ediblər.
Qeyd edək ki, H.Hacılı və İ.İbrahimli Azərbaycan Premyer Liqasıda 100-cü oyununu keçiriblər. Hər iki futbolçunun yubileyi Misli Premyer Liqasının 28-ci turunda “Sabah”la (1:0) matça təsadüf edib. Onlar müqaviləylə “Qarabağ”a məxsus olaraq “Zirə”də icarədə çıxış edir.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC