"Belə vəziyyətə qayıdışı Benzia üçün böyük hədiyyədi" - "Lill"in futbolçusu

“Lill”in futbolçusu Nabil Bentaleb Əlcəzair millisində komanda yoldaşı, "Qarabağ"ın yarımmüdafiəçisi Yassin Benzianın performansından danışıb.

Presssport.az xəbər verir ki, Bentaleb Ağdam klubunun legioneri barədə xoş fikirlər səsləndirib:

"Benzia milli üçün vacib oyunçudu. Onun qayıdışı yaxşı xəbərdi. Hamınız onun Boliviyaya (3:2) necə gözəl qol vurduğunu gördünüz. Yassinin adına çox xoşbəxtəm. Çünki çətin dövr keçirdi. İndi öz formasına qayıdır və belə vəziyyətə qayıdışı onun üçün böyük hədiyyədi. Çox yaxşı bilirəm ki, Benzia bunu bütün qəlbi ilə istəyirdi".

Bentaleb "Tottenhem", "Şalke", "Nyukasl", "Anjer"də oynayıb, 2014-cü ildən Əlcəzair millisinin üzvüdür.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC