Aprelin 13-14-də cüdo üzrə U-13 kiçik yaşlı yeniyetmələr arasında Bakı kəndləri birinciliyi keçiriləcək.
Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən Presssport.az-a verilən məlumata görə, Gənclər və İdman Nazirliyi, “Bakı Abadlıq Xidməti” MMC və ACF-nin birgə təşkilatçılığı ilə baş tutacaq turnirə Bakı kəndlərinin müxtəlif klub, cəmiyyət və idman təşkilatından 400-ə yaxın cüdoçu qatılacaq.
Qızlar və oğlanlar arasında 20 çəki dərəcəsində qaliblər bəlli olacaq. Turnir Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində baş tutacaq.
Yarışın əsas məqsədi kiçik yaşlı yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formalaşdırılması ilə yanaşı, Bakı kəndlərində cüdo idman növünə marağın artırılması və cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC